Fransada dəmir yolu dispetçeri tətilə çıxdı – Qatar reyslərinin yarısı ləğv edildi

  • By admin
  • 16 Fevral 2024 13:40

Fransada dəmir yolu dispetçerlərinin böyük tətili bu gün axşam başlayır, buna görə bütün qatar reyslərinin təxminən yarısı ləğv edilməli olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə BMFTV məlumat yayıb.

CGT və Sud-Rail həmkarlar ittifaqlarının üzvləri işəgötürənlə bağladıqları 2022-ci il müqavilələrinin icrasının ləngidiyini bildirərək tətilə çıxıblar.

Ümumilikdə 10 min dispetçer “TGV Inoui”, “Ouigo”, “Intercites” və “TER” reyslərində işləyir. Həmin dispetçerlərin 70%-i tətilə çıxacaq. Tətil məktəb tətilləri zamanı baş verib və bu, tətil üçün harasa getmək qərarına gələn ailələri daha da narahat edəcək.

Dəmiryol operatoru SNCF qatarların yarısının cədvəl üzrə qalacağını bildirib. Eyni zamanda, böyük şəhərləri xizək rayonları ilə birləşdirən bir qatarı da ləğv etməyəcəklərinə söz verirlər.

Reyslərdə hər hansı dəyişiklik olarsa, sərnişinlərə məlumat veriləcək.

Finlandiya dəmiryol işçiləri bu həftə bazar ertəsi tətilə çıxıblar. Yanvarın sonunda alman maşinistləri də çoxgünlük tətilə çıxıblar.

Gununsesi.info