Fransada elektroşok tapançası ilə həbs ölümlə bitdi

  • By admin
  • 06 Yanvar 2024 09:52

Fransanın paytaxtı Parisin ətraf ərazilərindən biri olan Monfermeyl şəhərində polisin elektroşok tapançasından istifadə etdiyi 30 yaşlı şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib.

Gununsesi.info bildirir ki, Fransa mətbuatında yer alan xəbərlərə görə, yanvarın 3-də yerli vaxtla saat 23.20 radələrində Montfermeil şəhərindəki ərzaq mağazasında dava düşüb və sərxoş bir şəxs aqressiv davranıb.

Hadisə yerinə gələn polis qrupu sözügedən şəxsin 30 yaşlı Killian S olduğunu müəyyən edib.

Polis mənbələrindən verilən məlumata görə, ərzaq mağazasında kassanın arxasına keçərək aqressiv davranaraq mağazadakı əşyaları zədələyən Killian S onu sakitləşdirməyə çalışsa da, bir nəfəri təpikləyib.

Polis Killian S-də 10 dəfədən çox elektroşok silahından istifadə edib.

Ürəyi iki dəfə dayanan Killian S xəstəxanaya aparılsa da, bu səhər komaya düşərək dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılarkən, həmin gün vəzifədə olan 18 polis əməkdaşı ifadə verməyə başlayıb.

Gununsesi.info