
Fransada yenidən etiraz aksiyaları keçirilib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, sanitar normalara etiraz edən vətəndaşlardan 76-sı saxlanılıb.
Ölkənin Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.
Bildirilib ki, təkcə Parisdəki etirazlarda 26 nəfər polis tərəfindən nəzarətə götürülüb. Onlar polisin qanuni tələbinə əməl etməməkdə təqsirli bilinir.
Hazırda etirazçılarla bağlı araşdırma aparılır.