
Fransada pensiya islahatı ilə bağlı, yeni qanunun qəbulundan sonra Parisin müxtəlif yerlərində aksiyala başlanıb.
Etirazçılar ölkənin müxtəlif şəhərlərində, eləcə də paytaxt Parisdə küçələrə axışaraq, polislə gərgin anlar yaşayıblar.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Parisdə nümayişçilər Saint-Lazare stansiyası, Respublika və Bastiliya meydanları kimi müxtəlif nöqtələrdə toplaşıblar. Nümayişçilərin əksəriyyəti isə gənclərdir.
Onlar 2 həftəyə yaxındır ki, paytaxt küçələrində zibil qutularını təmizlik işçilərinin tətili ilə əlaqədər aşırdaraq, zibilləri yandırıblar.
Fransa mətbuatında yer alan xəbərə görə, Parisdə indiyədək 113 nümayişçi saxlanılıb.
Hökumətə qarşı iki etimadsızlıq təklifinin rədd edilməsi ilə islahat nəhayət ki, qəbul olunub.
Tərcümə
Şəbnəm
Gununsesi.info