Fransada yaranmış böhran səbəbilə etirazlar genişlənməkdə davam edir.
Gununsesi.info xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Bildirilib ki, fermerlər artıq magistral yolları bağlamağa başlayıblar.
Məlumatda etirazların beş gün davam edəcəyi qeyd olunub.
Rungi kənd təsərrüfatı bazarında mühafizə gücləndirilib, yaxınlıqda zirehli maşınlar yerləşdirilib. Bundan əlavə, 15 min asayiş keşikçisi mühafizəyə cəlb edilib.
Xatırladaq ki, fermerlər inflyasiya səbəbindən gəlirlərinin azalmasına, həmçinin Ukraynadan ölkəyə kənd təsərrüfatı məhsullarının idxalının genişlənməsinə etiraz edirlər.
Gununsesi.info