Fransada hökumət üzvlərinə Telegram, WhatsApp və Signal proqramlarından istifadə etməmək tapşırılıb.
Gununsesi.info bildirir ki, “Le Figaro”nun xəbərinə görə, Nazirlər Kabineti tərəfindən verilən sirkulyarda hökumət nümayəndələrinə telefonlarından “Telegram”, “WhatsApp” və “Signal” kimi mesajlaşma proqramlarını silmələri istənilib.
Məxfi məlumatları ehtiva edən görüşlər üçün “təhlükəsizliyi gücləndirməyi” hədəfləyən sirkulyarda hökumət üzvlərinin ən geci dekabrın 8-dək yerli “Olvid” mesajlaşma tətbiqini quraşdırmalı olduğu qeyd edilib.
Sirkulyarda “Olvid” tətbiqinin Milli İnformasiya Sistemləri Təhlükəsizliyi Agentliyindən (ANSSI) “bir səviyyəli təhlükəsizlik sertifikatı almış yeganə proqram” olduğu bildirilib.
“Olvid” proqram şirkəti 2019-cu ildə iki fransız kibertəhlükəsizlik mütəxəssisi tərəfindən təsis edilib.
Gununsesi.info