
Fransanın 52 əyalətində 11-26 avqust tarixlərini əhatə edən istilər səbəbindən gözləniləndən təxminən 400 “əlavə ölüm” qeydə alınıb. Ölənlərin əksəriyyətini 75 və daha yuxarı yaşda olan insanlar təşkil edib.
Gununsesi.info xəbər verir ki, Fransa Xalq Sağlamlığı Agentliyinin məlumatına görə, avqustun 11-dən 26-a qədər olan isti dalğası əhalinin 46,3 faizinin yaşadığı 52 əyalətə təsir edib.
Ölkədə bu tarixlərdə gözləniləndən təxminən 400 “əlavə ölüm” baş verib.
Həyatını itirənlərin əksəriyyəti 75 və yuxarı yaşda olan insanlardır.
Elmar Elnuroğlu
Gununsesi.info