“Fransada AzTV-nin azərbaycanlı jurnalistlərinə edilən hücumu qətiyyətlə pisləyirik”.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan XİN tviter hesabında yazıb.
“Jurnalistlərə qarşı törədilən bu xain hücumun qısa müddət ərzində Fransa hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, cinayətkarların müəyyən edilərək cəzalandırılacağını gözləyirik”, – məlumatda deyilir.