Fransada koronavirusdan sonra “quş qripi” təşvişi

  • By admin
  • 20 Noyabr 2020 11:31

Koronavirusun ən çox yayıldığı Avropa ölkələrindən olan Fransada aşkarlanan “Quş qripi” çoxalmağa başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fransa Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yüzlərlə quş virus səbəbilə tələf olub.

“Quş qripi” Korsika Adasından sonra Yvelines şəhərində aşkarlanıb. Bu da vətəndaşların təşvişinə səbəb olub.

Hökumət bölgədə qripin başqa heyvanlara yoluxmasının qarşısını almaq üçün təlimat verib.

Noyabrın əvvəlindən isə 45 bölgədə heyvanlar karantinə alınıb. Bazarlarda quş növü heyvanların satışı, ovlanması qadağan edilib.

Virusun Fransanın idxal gəlirlərinə milyonlarla dollar təsir edəcəyi ehtimal olunur.

 

 

Gununsesi.info