Fransada koronavirusla bağlı son vəziyyət açıqlandı

  • By admin
  • 18 May 2020 23:24

Fransada son 24 saat ərzində koronavirusun yaratdığı xəstəlikdən 131 nəfər dünyasını dəyişib.

Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ümumilikdə koronavirusdan ölənlərin sayı 28 239-a çatıb.

Müalicə alan 19 015 xəstənin 1 998-i reanimasiya şöbəsindədir.

Son sutkada 375 nəfərin koronavirus testi müsbət nəticələnib. Ümumilikdə koronavirus infeksiyasına yoluxan 98 953 nəfərin 62 mini sağalıb.

 

Gununsesi.org