Bu gün Fransada fermerlərin kütləvi etiraz aksiyası keçirəcəyi gözlənilir.
Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, kənd təsərrüfatı ilə məşğul olan fransızlar paytaxt Parisi tam blokadaya alacaqlarını elan ediblər.
Onlar şəhərə hər hansı məhsulun çatdırılmasına əngəl olmaq üçün 7 magistral yolu bağlamağı planlaşdırırlar. Etiraz aksiyasının 5 gün davam edəcəyi bildirilir.
Qeyd edək ki, Fransada son həftələrdir fermerlər etiraz aksiyaları keçirir. Onlar traktorlarla əsas avtomobil yollarını bağlayır, inzibati binalara peyin atırlar. Kənd təsərrüfatı ilə məşğul olanlar hökumətin bu sahədəki siyasətini tənqid edir, ölkəyə kənd təsərrüfatı məhsullarının idxalına, sudan suvarma üçün istifadə olunmasına qoyulan məhdudiyyətlərə, dizel yanacağının qiymətinin artırılmasına qarşı çıxırlar.