
Fransanın La Grand-Combe qəsəbəsindəki Xədicə məscidində 24 yaşlı gənci namaz qılarkən öldürən şübhəli İtaliyada polisə təslim olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Aprelin 25-də Fransanın Ales şəhəri yaxınlığındakı məsciddə namaz qılan müsəlmanı bıçaqlayaraq öldürən və hadisə baş verdiyi gündən axtarışda olan şübhəli İtaliyanın Pistoia şəhərində polis bölməsinə təslim olub.
Milli mətbuatda çıxan xəbərlərə görə, 25 aprel cümə günü Fransanın Ales şəhəri yaxınlığındakı La Grand-Combe qəsəbəsindəki Hatice məscidində bir müsəlmanı bıçaqlayaraq öldürən şübhəli İtaliyada saxlanılıb. Ales Respublika Prokurorluğu, şübhəli Olivier H.-nin dünən axşam yerli vaxtla saat 23:00 radələrində Pistoia polis bölməsinə gəldiyini və orada saxlanıldığını və Fransaya göndərilməsinin gözlənildiyini açıqladı. Prokurorluq həmçinin qeyd edib ki, şübhəli şəxs “terrorçu” kimi təsvir edilə bilməz və buna görə də Milli Terrorla Mübarizə Prokurorluğu bu işə qarışmayacaq.
Fransanın baş naziri Fransua Bayrou 24 yaşlı müsəlman gəncin 40-50 bıçaq zərbəsi ilə vurulduğu hücumu “İslam əleyhdarı alçaqlıq” kimi qiymətləndirərkən, bir çox siyasətçi də olaya reaksiya verib.
Fransa İslam Şurası (CFCM) yazılı açıqlamada “anti-İslam terror hücumunu” ən sərt şəkildə pisləyib.
Orxan