Fransada mübahisəli qanun layihəsi qəbul edildi – Solçular səsverməni fitə basdı

  • By admin
  • 20 Dekabr 2023 10:15

Razılaşdırılmış immiqrasiya qanun layihəsi Fransada parlamentin yuxarı palatasını təşkil edən Senatın Baş Assambleyasında müzakirə edilib.

Gununsesi.info xəbər verir ki, daxili işlər naziri Gerald Darmaninin adı ilə “Darmanin Qanunu” olaraq da bilinən mübahisəli immiqrasiya qanunu 114 ıleyhinə səsinə qarşı 214 lehinə səslə qəbul edilib.

Sağçı senatorlar qanun layihəsinin qəbulunu alqışlarla qeyd edərkən, solçu partiyalardan olan senatorlar səsvermənin nəticəsinə fit çalaraq reaksiya veriblər. Senatda qəbul edilən qanun layihəsi bu gün parlamentin ümumi yığıncağında səsverməyə çıxarılacaq.

Milli mətbuatda yer alan xəbərlərə görə, kabinetdəki 6 nazir, immiqrasiya qanun layihəsinin parlamentdə qəbul ediləcəyi təqdirdə istefa verə biləcəklərini bildirib.

Senatda qəbul edilən qanun layihəsinin mətninə əsasən, ölkədə yaşayan əcnəbilərə kirayə haqqı və ailə müavinətləri müəyyən iş şərtlərinə tabedir.

İşləyən əcnəbilər Fransaya gəldikdən 3 ay sonra, işləməyən əcnəbilər isə 5 ildən sonra kirayə dəstəyindən yararlana biləcəklər.

Eyni şəkildə işi olan əcnəbilər ölkəyə gəldikdən 30 ay sonra, işi olmayanlar isə 5 ildən sonra ailə müavinətlərindən yararlana biləcəklər.

Layihənin mətninə əsasən, təhlükəsizlik qüvvələrinə qarşı cinayət törədən ikili vətəndaşlar Fransa vətəndaşlığından məhrum edilə bilər.

Ölkədə işçi çatışmazlığı olan peşəkar qruplar üçün xüsusi yaşayış vəsiqəsinin verilməsini nəzərdə tutan qanun layihəsi immiqrasiya kvotalarının yaradılmasını ehtiva edir.

Qanun layihəsinin mətninə görə, Fransada doğulan əcnəbi ailələrin uşaqları 16-18 yaş arasında Fransa vətəndaşlığı tələb etməli və əvvəllər cinayət törətməmiş olmalıdırlar.

Ailə birləşməsi şərtlərini çətinləşdirəcək qanun layihəsi çərçivəsində Fransaya təhsil üçün gələn əcnəbi tələbələrdən əmanət götürüləcək. Bu depozit tələbələrdən birinin Fransa ərazisindən çıxarılması barədə qərar qəbul edildiyi təqdirdə onların geri qaytarılması xərclərini ödəmək məqsədi daşıyır.

Sosial mediada yayılan görüntülərə görə, immiqrasiya qanun layihəsinə qarşı çıxanlar axşam saatlarında Parisdəki Əlillər meydanına toplaşıb. Nümayişçilər “irqçi” hesab etdikləri qanun layihəsinin tərk edilməsini istəyirlər.

Fransada 14 parlamentaridən ibarət qarışıq komissiya mübahisəli immiqrasiya qanun layihəsi ilə bağlı ümumi mətn üzərində razılığa gəlib.

Gununsesi.info