Fransada müharibə hazırlığı

  • By admin
  • 25 Fevral 2023 19:43

Fransanın cənubunda “Orion 23” adlı genişmiqyaslı hərbi təlimlər başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin məqsədi ordunu müasir müharibə şəraitinə hazırlamaqdır.

“Bu həftə son onilliklərin ən iddialı birgə hərbi təlimləri başlayıb”, – nazirlik bəyan edib.

Məlumata görə, quruda, dənizdə və havada, eləcə də yeni münaqişə zonalarında: kiberməkanda, kosmosda və informasiya mühitində keçirilən təlimlərdə 20 minə yaxın şəxs iştirak edir.

Fransa mətbuatı yazır ki, “Orion 23” təlimində ordunun yeni “Qriffon” zirehli texnikası, “Leclerc” tankları, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və “Şarl de Qoll” aviadaşıyıcısı yerləşdiriləcək.

Gununsesi.info