Fransa dövlət məktəblərində müsəlman qızlar üçün yeni qərar verilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fransada dövlət məktəblərində xüsusilə müsəlman qızların üstünlük verdiyi “hicab və əba” kimi boş və uzun paltarların geyinilməsinin qadağan ediləcəyi bildirilib.
Fransanın təhsil naziri Qabriel Attalqərar bununla bağlı daha geniş məlumat verib.
“Mən qərara gəldim ki, müsəlman qız tələbələr artıq məktəblərdə hicab geyinməsinlər. Sinifə girəndə sadəcə geyimlərinə baxaraq tələbələrin dini müəyyən edə bilməməlisən”.
Qeyd edək ki, Fransada 2004-cü ildə məktəblərdə hicab, 2010-cu ildə isə ictimai yerlərdə hicabdan istifadə qadağan edilib.
Dini simvolların dövlət məktəblərində yer almasını istəməyən Fransa bu cür qərarlar üçün öz “dünyəvi dəyərlərini” qoruduğunu bildirir.
Tərcümə
Şəbnəm
Gununsesi.info