“Azərbaycanın Fransadakı səfirliyi baş verən terror hadisəsiylə bağlı Fransanın müvafiq qurumları ilə əlaqə saxlayır”. Gununsesi.info-nun xəbərinə görə, bu haqda Azərbaycanın Fransadakı səfirliyindən bildirilib.
Belə ki, səfirlik Nitsada yaşayan soydaşlarımızla da mütəmadi əlaqə saxıladığını açıqlayıb: “Bu vaxtadək ölən və ya xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması haqda məlumat yoxdur.
Fransada yaşayan həmyerlilərimizə son dövrlərdə baş verən terror aktları ilə bağlı ehtiyatlı olmaq tövsiyəsi də verilib”.
Qeyd edək ki, Fransanın Nitsa şəhərində terror aktı baş verib. hadisə nəticəsində 84 nəfər ölüb, 100 nəfə yaralanıb. “BFM TV” telekanalının məlumatına görə, naməlum şəxslər avtomobillə küçədə bayram şənliyinə çıxmış insanların sıx olduğu əraziyə daxil olublar. Bundan sonra isə onlara atəş açıblar. Hadisə yerinə cəlb olunmuş polislə terrorçular arasında atışma baş verib. Şəhər meriyası isə sakinlərə evlərindən çölə çıxmamağa çağırıb.
Gülnaz Qənbərli