
Paris vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə 10:00) Fransada 70 minə yaxın seçki məntəqəsi açılıb.
Gununsesi.info xəbər verir ki, Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, seçici siyahılarında 48 milyondan çox fransız qeydə alınıb.
Seçki məntəqələri ölkənin əksər kommunalarında Bakı vaxtı ilə saat 21:00-a qədər, Paris, Lion, Marsel, Nitsa, Bordo, Tuluza və digərləri də daxil olmaqla iri şəhərlərdə isə 22:00-a qədər işləyəcək.
Seçkilərdə 12 namizəd iştirak edir, o cümlədən Fransanın hazırkı Prezidenti Emmanuel Makron ikinci müddətə namizədliyini irəli sürüb. Onun əsas rəqibi “Milli Assosiasiya”nın namizədi, deputat Marin Le Pendir.
Emmanuel Makron bağ evinin yerləşdiyi dənizkənarı Le Tuke şəhərinin (ölkənin şimalı, Pas-de-Kale departamenti – red.) meriyasında səs verəcək. Prezidentə yaxın mənbələrin məlumatına görə, Makron Paris vaxtı ilə saat 11:00-13:00 (Bakı vaxtı ilə 13:00-15:00) arasında seçki məntəqəsinə gedəcək.
Qeyd edək ki, Fransa prezidenti ümumi birbaşa gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Seçkilərdə 49 milyona yaxın seçici iştirak edə bilər. Səsvermə iki turda keçirilir, birincisi aprelin 10-da, ikincisi isə aprelin 24-də keçiriləcək. Ənənəvi olaraq, proses bir turla məhdudlaşmır, ikinci turda turu keçən iki namizəd mübarizə aparacaq.
Gununsesi.info