
İndiyədək hamımız yaşayış məntəqələrini və ya küçələrinin su basdığının şahidi olmuşuq. Ancaq heç kim küçənin çaxırla dolub-daşdığını eşitməyib. Bax belə bir qəribə hadisə Fransanın Seta şəhərində baş verib.
Gununsesi.info FRİ-yə istinadən xəbər verir ki, avqustun 3-da gecə saatlarında sisterndən bir neçə on min litr çaxır Seta şəhirinin küçələrini basması insanların həyatına təhlükə yaradıb. Belə bir hadisə nadir hadisə olduğundan polis bu hadisəni sabotaj hesab edir. Seta şəhərinin küçələrini basan bu çaxır Biron S.A ticarət evinə məxsus olub. Çaxır eyni zamanda yeraltı dayanacağı da basıb. Hadisə ilə bağlı yanğın söndürənlər çaxır basan küçəyə cəlb edilib.
Gununsesi.info