Fransada rus futbol azərkeşlərini matçı izləməyə buraxmadılar

  • By admin
  • 14 İyun 2016 11:23

russian

 

HTML tutorial

Fransız xüsusitəyinatlıları rus futbol azarkeşlərini futbol matçını izləməyə buraxmayıb və onları saxlayıb. Gununsesi.info ruian.ru-ya istinadən xəbər verir ki, Bu barədə Ümumrusiya futbol azarkeşləri birliyinin prezidenti Aleksandr Şprıqin məlumat verib. Onun sözlərinə görə, Fransa xüsusitəyinatlıları iyunun 15-də Fransanın Lill şəhərində Avro-2016 çemrionatı çərçivəsində keşiriləcək Rusiya-Slovakiya matçını izləmək üçün bu şəhərə gələn rus azarkeşləri saxlayıb. “Fransa xüsusitəyinatlıları hazırda rus azarkeşlərini Lill şəhərinin girəcəyində saxlayıb və şəhərə girişə imkan vermir. Bizim avtobus Kann şəhərindən Lill istiqamətində hərəkət zamanı yüzə yaxın avtomatlı polis xüsusitəyinatlıları bizi mühasirəyə alaraq bizi dayanacağa apardılar. Onlar əvvəlcə bildirdilər ki, biz narkotik və silahla bağlı baxş keçirəcəyik. Çünki bununla bağlı Fransa prokurorluğunun sərəncamı var. Ancaq xüsistəyinatlılar bizdən yüklərimizlə birlikdə avtobusu tərk edib harasa getməyi bizdən tələb edir.” A.Şprıqin deyib ki, yaranməş vəziyyətlə bağlı Rusiyanın Fransadakı baş konsulluğu məlumatlandırılıb. A.Şprıqin xüsusitəyinatlılardan tərcüməçi tələb etdiklərini və onları nə üçün saxladıqlarına aydınlıq gətirmələrini tələb edirlər.”indi rus azarkeşlər vəziyyətin nə ilə sonuclanacağını gözləyirlər və avtobusu tərk etmirlər.” Rus azarkeşlər bunu özbaşınalıq kimi dəyərləndirib.