
Fransada “iPhone 12” telefonlarının insan sağlamlığına təhlükəli olması ilə bağlı hökumətin nəzarət agentliyi çağırış edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransanın Milli Tezlik Agentliyi açıqlama yayıb.
Agentlik bildirib ki, “iPhone 12” telefon markası ətrafa həddindən çox radiasiya yayır. Fransanın Milli Tezlik Agentliyinin bu açıqlaması insanlar arasında narahatlq yaradıb.
Fransa Agentliyi vurğulayıb ki, bu markalı telefonlar yüksək səviyyəli elektro-maqnit şüaları saçırlar. Bunu əsas alaraq, Fransanın Nəzarət Qurumu “Apple” şirkətini “iPhone 12” markalı telefonlarını Fransa bazarlarından geri çəkməyə çağırıb.
Fransanın Milli Tezlik Agentliyi elektrik-radio tezliklərinə, əhalinin elektro-maqnit şüalarına məruz qalmasına nəzarət edən qurumdur.
Fransanın tənzimləyici nəzarət agentliyinin bu açıqlamasında deyilir ki, adıçəkilən markalı telefonlar təhülkə yarada bilər, bazardan çıxarılmalıdır. Fransa agentliyinin yeni açıqlamasında bu da vurğulanır:
“Yaranmış bu nasazlığı qısa zamanda aradan qaldırmaq üçün şirkəti bütün mövcud olan vasitələri tətbiq etməyə çağırırıq”.
Fransanın Milli Tezlik Agentliyi əlavə edib ki, “iPhone 12″də yenilənmələr qurum tərəfindən izləniləcək.
Fransız qurumunun bu addımından sonra mövcud problemlər həll edilməsə, şirkət satılan telefonlarını geri çağırmalı olacaq.
“Apple” şirkəti isə eyni iddialarla razılaşmayıb və telefonların radiasiyanı tənzimləyən bütün şərtlərə uyğun olduğunu vurğulayıb.
Adıçəkilən agentlik son zamanlarda “iPhone 12” də daxil olmaqla, 141 ədəd mobil telefonda insana təsir edə bilən elektro-maqnit dalğalarını yoxladığını bildirib.
Sınaqlar zamanı bəlli edilib ki, hər kq. üçün 5,74 Vatt elektro-maqnit enerjisinin udulma səviyyəsini ortaya çıxarılıb. Bu isə Avropa İttifaqının kiloqram üçün 4 Vatt standartından yüksəkdir. Bu sınaqlar əldə və ya cibdə olan telefonların üzərində keçirilib.
Agentliyin bildirdiyinə görə, gödəkçə və ya çantada olan “iPhone 12″nin radiasiya səviyyəsi sınaqlarda qiymətləndirilərkən şüalanma həddini keçib.
“Apple” 2020-ci ilin sonunda satışa çıxarılan “iPhone 12″nin bir çox beynəlxalq qurumlar tərəfindən rəsmi sertifikatlaşdırıldığını və bütün dünyada radiasiya ilə bağlı bütün qaydalara və standartlara uyğun olduğunu bəyan edib.
Tərcümə: Arzu