Fransada sanitar pasport ləğv edilir

  • By admin
  • 12 Fevral 2022 18:21

Fransa hökuməti ölkədə həyatı xeyli çətinləşdirən pandemiya ilə mübarizə üzrə bir sıra sərt tədbirlərin yumşaldılacağını elan edib.

Gununsesi.info “Kommersant”a istinadən xəbər verir ki, fevralın 13-dən sərhədi keçərkən Avropa peyvəndi ilə vaksin olunmuşların hamısı dekabr ayından bəri onlardan tələb olunan test nəticələrinə ehtiyac duymayacaqlar.

“Omikron” variantının yayılmasından əvvəl olduğu kimi, ölkəsindən asılı olmayaraq, turistlər Fransaya gəlmək üçün sadəcə peyvənd olunduqlarını göstərən sənədlə sərhədi keçə biləcək”, – hökumətin press-relizində deyilir.

Fevralın 28-dən isə Səhiyyə Nazirliyi qapalı yerlərdə sanitar pasportun varlığı halında maska taxılması qaydasını ləğv edəcək. Yalnız nəqliyyatda və qapalı yerlərdə maska ​​taxmaq məcburi olacaq. Sanitar pasportun əhatə etdiyi digər qapalı yerlərdə maska ​​taxmaq artıq məcburi olmayacaq”, – məlumatda vurğulanıb.

Ölkənin səhiyyə naziri Olivye Veran və hökumətin sözçüsü Qabriel Attal Fransada yaza qədər sanitar pasportun ümumiyyətlə ləğv edilə biləcəyini söyləyiblər.

 

 

Gununsesi.info