Fransada Sarkoziyə 1 il həbs cəzası istənildi

  • By admin
  • 01 Dekabr 2023 09:27

Fransada prokurorluq 2012-ci ildə uduzduğu seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə ittiham etdiyi keçmiş prezident Nikola Sarkozinin 1 il şərti həbs cəzası istəyib.

Gununsesi.info bildirir ki, Fransa mətbuatında yer alan xəbərlərə görə, “Bygmalion” kimi tanınan “telsiz dinləmə” işi noyabrın 8-dən Paris Apellyasiya Məhkəməsində keçirilir.

Prokurorluq iddia çərçivəsində Sarkoziyə 1 il şərti həbs cəzası istəyib.

“Telefonların dinlənilməsi” işi çərçivəsində Sarkozi 2012-ci ildə uduzduğu prezident seçkiləri kampaniyasını qanunsuz maliyyələşdirməkdə ittiham olunur.

Fransanın sabiq prezidentinin seçki kampaniyası üçün qanuni limit olan 22,5 milyon avrodan 20,3 milyon avro artıq 42,8 milyon avro xərclədiyi bildirilir.

Sarkozi seçki xərclərini partiya fəaliyyəti kimi qələmə vermək üçün kampaniya aparan “Bygmalion” şirkətindən saxta hesab-fakturalar almaqda, müvafiq şirkət isə Sarkozinin xərclərini gizlətmək üçün saxta hesab-fakturalar verməkdə ittiham olunur.

Seçki kampaniyasının direktoru Jerome Lavrilleux 2014-cü ildə şirkət tərəfindən təşkil edilən mitinqlərin xərclərinin azaldıldığını və partiya xərcləri kimi hesablandığını etiraf edib.

Sarkozi 2021-ci ildə korrupsiyada ittiham olunduğu “telsiz dinləmə” işində 1 il həbs cəzasına məhkum edilib.

Fransanın sabiq prezidenti məhkəmə qərarından apellyasiya şikayəti verib.

Gununsesi.info