
Fransada prezident Emmanuel Makronun qərarı ilə keçirilən növbədənkənar ümumi seçkilərdə birinci olan solçu Yeni Xalq Cəbhəsi ittifaqının əsas seçki vədləri arasında Fələstin dövlətinin tanınması da yer alır.
Gununsesi.info xəbər verir ki, bu barədə solçu ittifaqının ən böyük partiyası – LFI-nin lideri Jan Lyuk Melenşon bildirib.
O, yeni hökumət qurmağa və ölkəni idarə etməyə hazır olduqlarını qeyd edib. Solçu lider partiyasının Makron alyansı ilə hökumət qurmayacağını da bəyan edib.
Seçkilərin qalibi, solçu Yeni Xalq Cəbhəsi alyansının ən böyük partiyası və Fələstinin tərəfdarı olan LFI-nın yeni hökumətin qurucu qüvvələrindən biri olub-olmayacağı hələ məlum deyil.
Xatırladaq ki, Fələstin dövlətini tanımaq öhdəliyi seçki kampaniyasında da səsləndirilmişdi.
Solçu ittifaq Fələstini rəsmən tanımağa söz verərkən, Qəzza və işğal altındakı İordan çayının qərb sahilində beynəlxalq hüquqa əməl etmədiyi təqdirdə İsrailə qarşı sanksiyalar tətbiq edəcəyinə söz vermişdi.
Ceyhun
Gununsesi.info