
Fransanın Konstitusiya Şurası aprelin 23-də ölkədə keçirilən prezident seçkilərinin birinci turunun nəticələrini təsdiqləyib.
Gununsesi.info-nun “İnterfaks”a istinadən xəbərinə görə, “İrəli” hərəkatının lideri Emmanuel Makron 24,01% səslə ilk yerdə liderlik edir.
İkinci yerdə “Milli cəbhə”nin lideri Marin Le Pen 21,30% səslə, üçünü yerdə “Respublikaçılar” partiyasından namizəd Fransua Fiyon 20,01% səslə, dördüncü yerdə “Məğlubedilməz Fransa” hərəkatının rəhbəri Jan-Lyuk Melanşon 19,58% səslə qərarlaşıb.
Qeyd edək ki, Fransada prezident seçkilərinin ikinci mərhələsi mayın 7-də keçiriləcək.
Gununsesi.info