Fransada seçkilərin ilk turunun nəticələri təsdiqləndi

  • By admin
  • 26 Aprel 2017 22:53

1492927587-5055

 

Fransanın Konstitusiya Şurası aprelin 23-də ölkədə keçirilən prezident seçkilərinin birinci turunun nəticələrini təsdiqləyib.

Gununsesi.info-nun “İnterfaks”a istinadən xəbərinə görə, “İrəli” hərəkatının lideri Emmanuel Makron 24,01% səslə ilk yerdə liderlik edir.

İkinci yerdə “Milli cəbhə”nin lideri Marin Le Pen 21,30% səslə, üçünü yerdə “Respublikaçılar” partiyasından namizəd Fransua Fiyon 20,01% səslə, dördüncü yerdə “Məğlubedilməz Fransa” hərəkatının rəhbəri Jan-Lyuk Melanşon 19,58% səslə qərarlaşıb.

Qeyd edək ki, Fransada prezident seçkilərinin ikinci mərhələsi mayın 7-də keçiriləcək.

 

 

Gununsesi.info