Fransada silahlı hücum: bir ölü, bir yaralı

  • By admin
  • 07 Sentyabr 2020 15:23

Fransanın Tuluza şəhərinin şimal hissəsində, Laland kvartalında odlu silahdan istifadə ilə hücum baş verib.

Gununsesi.info bildirir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Ölən şəxsin 20, yaralının 17 yaşı olduğu bildirilir. Yaralının həyatı üçün təhlükənin olduğu qeyd edilir.

Hazırda hadisənin səbəbləri araşdırılır. Kvartala giriş-çıxış bağlanıb. Atəşin açıldığı qara rəngli maşının axtarışları aparılır.

Gununsesi.info