2023-cü ildə Fransada 55 mindən çox şirkət bağlanıb ki, bu da 2017-ci ildən bəri ən yüksək göstəricidir.
Gununsesi.info xəbər verir ki, bu barədə Fransa Bankının saytında dərc olunmuş məruzədə deyilib.
“2023-cü ildə müflislərin sayı dekabrın sonuna kimi 55 492-yə yüksəlib”, – sənəddə diqqətə çatdırılıb.
Bu göstərici son 12 ayda özəl müəssisələrin müflisləşməsi və ləğvi hallarının orta sayı əsasında hesablanır. Məruzədə verilmiş qrafikə görə, bu göstərici 2017-ci ilin avqustunda və 2008-ci ilin dekabrına qədər daha yüksək idi. Fransa Bankı qeyd edib ki, hazırkı səviyyə 2010-2019-cu illər arasında orta göstəricini (59 342) keçmir. COVID-19 pandemiyası (2020-2021) zamanı indiki vəziyyətin yarısı idi.
Əksər hallarda söhbət 250 nəfərə qədər işçi heyəti olan kiçik və orta müəssisələrdən (55 435) gedir. Eyni zamanda, ötən il bağlanan 250-dən çox işçisi olan orta və iri şirkətlərin sayı 57-yə çatıb ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur.
Gununsesi.info