Fransada sutkalıq yoluxmada rekord

  • By admin
  • 18 Sentyabr 2020 21:57

Fransada son sutkada rekord yoluxma fakttı qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, son bir gün ərzində 13 215 nəfərdə Covid-19 aşkarlanıb. Ötən gün bu rəqəm 10 593 idi. 123 nəfər isə vəfat edib. Epidemiyanın başlanğıcından Fransada 428 mindən çox insan infeksiyaya yoluxub.

Ölkədə ümumilikdə 31 249 nəfər dünyasını dəyişib.

 

 

Gununsesi.info