Fransada türk futbolçuların avtobusunda terror həyəcanı

  • By admin
  • 07 İyun 2016 20:55

turkey flag fans

 

Türkiyə yığması futbol üzrə Avropa çempionatında (Avro-2016) iştirak etmək üçün Fransaya yollanıb.

Gununsesi.info xəbər verir ki, ay-ulduzlu komandanı aparan avtobus Marsel – Sen-Sir-sür-Mer yolundakı qəza səbəbindən tıxacda qalıb.

Belə ki, üç nəfərin ölümü ilə nəticələnən qəzaya görə hadisə yerinə gələn təcili tibbi yardım maşınları yolu kəsiblər. Türkiyə futbol komandasının üzvləri isə 30 dəqiqə ərzində yolun ortasında gözləməli olublar. Onların təhlükəsizliyini təmin etmək üçün polislər futbolçuların olduğu avtobusu qoruyublar.

Hadisənin Fransada terror aktı törədiləcəyi ilə bağlı yayılan şayiələrlə eyni vaxta təsadüf etməsi futbolçular arasında narahatlıq yaradıb. Nəticədə türkiyəli futbolçular yerləşəcəkləri hotelə saat yarım gec çatıblar.   (Trend)