Fransada Ukraynaya yeni yardım tranşı tənqid edilib

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Ukraynaya 4,2 milyard avro dəyərində yeni maliyyə yardımı tranşını tənqid edib və Kiyevə dəstəyi dayandırmağa çağırıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Biz Aİ-dən çıxmalı və Ukraynanı maliyyələşdirməyi dayandırmalıyıq!” – deyə siyasətçi vurğulayıb.

Filippot Ukraynaya Avropa yardım fondunun yaradılması üçün 50 milyard avro ayrılması təklifini dəstəkləyən fransız siyasətçiləri də satqın adlandırıb.

Qeyd edək ki, vqustun 6-da Avropa İttifaqı (Aİ) Şurası Kiyevə 4,2 milyard avro məbləğində yardım tranşının göndərilməsi barədə qərarı təsdiqləyib.

 

 

 

Şəbnəm

Gununsesi.info