Fransada uşaqlarına Coca-Cola içirən ata həbs edildi - SAĞLAMLIĞINA ZƏRƏR VURDUĞUNA GÖRƏ

  • Müəllif: admin
  • 27 Oktyabr 2018 10:52

Fransada uşaqlarına ancaq kekslə coca- cola verən ata həbs edilib. 

Gununsesi.az AzEuroNews.coma istinadən xəbər verir ki, ölkənin baş prokurorluğu biri üç, digəri dörd yaşında olan iki oğluna ancaq kola içirib keks yedirən ata barəsində cinayət işi açıb. Məhkəməyə çıxarılan ataya 3 ay həbs cəzası verilib. 

Məhkəmədə sübut olunub ki, ata tez-tez spirtli içki qəbul edərək həyat yoldaşını döyürmüş. Dövlət ittihamçısı vurğulayıb ki, məhkəməyə çıxarılan şəxs atalıq borcunu yetərincə yerinə yetirməyib.

“Uşaqlar keks və kola verərək onların dişlərinin vaxtından əvvəl tökülməsinə səbəb olub. Böyük uşağın 7 dişi çürüyərək tökülüb” deyə dövlət ittihamçısı məhkəmədə çıxış edib.