Fransada vəziyyət nəzarətdən çıxdı – Xəstələr Almaniyaya aparılır

  • By admin
  • 22 Mart 2020 09:55
Bütün dünyanın kabusuna çevrilən koronavirus Fransada nəzarətdən çıxıb. 
Gununsesiaz.info xəbər verir ki, Fransanın Almaniya ilə sərhəd olan Elsass regionunda reanimasiya və intensiv terapiya şöbələri koronavirusa yoluxan xəstələrlə tam dolub.
Vəziyyət nəzarətdən çıxdığı üçün Almaniya Fransaya yardım etmək məqsədi ilə Fransada olan xəstələri alman xəstəxanalarına qəbul etməyə başlayıb.
Bəs görəsən nə üçün dünyanı cənginə alan koronavirusdan ölüm faktı Almaniyada digər ölkələrə nisbətən azlıq təşkil edir? Mütəxəssislər bunun səbəbini son 50- 60 ildə vurulan peyvəndlərlə əlaqələndirir. Bu zaman ortaya belə bir maraqlı sual çıxır: Digər Avropa ölkələrində vurulan peyvəndlərlə Almaniyada vurulan peyvəndlərin fərqi nədir?
Dünya əhalisi bu suala cavab tapmaq üçün köklü şəkildə araşdırma aparılmasını və Almaniyada tətbiq edilən peyvəndlərin tərkibi haqqında bütün ölkələrin məlumatlandırılmasını tələb edir.
Gununsesiaz.info