Fransada yarım milyon insan prezidentə etiraz edir – Müəllimlər, dövlət qulluqçuları, vəkillər, dəmiryol və tibb işçiləri ayağa qalxıb

  • By admin
  • 18 Dekabr 2019 10:35

Fransadaprezident Makronun pensiya islahatlarının əleyhinə keçirilən etiraz aksiyasına 435 mindən çox insan qoşulub.

 

Gununsesi.org-un Fransa mətbuatına istinadən verdiyi xəbərə görə, təkcə Parisdə etirazçıların sayı 350 min olub.

Dünən keçirilən etirazlarda müəllimlər, dövlət qulluqçuları, vəkillər dəmiryol və tibb işçiləri və digər peşə sahibləri iştirak edib.

 İslahat layihəsinə əsasən, təqaüd yaşı dəyişməz olaraq qalacaq (62 yaş)ancaq əgər əməkdaş təqaüdə 64 yaşında çıxacaqsa, ödənişlər az olacaq. Nümayişlər öncəsində qalmaqaldan sonra təqaüd islahatına cavabdeh olan məmur Jan-Pol Delevuda istefa verib.

Gununsesi.org