Fransada yaşayan azərbaycanlı tədqiqatçılar Ağdamda

  • By admin
  • 28 Noyabr 2022 13:05

Fransada yaşayan Təbriz əsilli azərbaycanlı tədqiqatçılar, hüquq müdafiəçiləri işğaldan azad edilmiş ərazilərə səfər ediblər.

Gununsesi.info xəbər verir ki, əslən Təbrizdən olan hüquq müdafiəçiləri Ağdama gəliblər.

Səfər iştirakçıları ilk olaraq Ağdamkəndin xarabalıqları ilə tanış olublar.

Qonaqlar gün ərzində erməni vandallığına məruz qalmış digər əraziləri ziyarət edəcək, Azərbaycan dövlətinin apardığı təmir-bərpa işləri ilə tanış olacaqlar.

Gununsesi.info