Fransada yenidən karantin rejimi tətbiq oluna bilər

  • By admin
  • 28 Dekabr 2020 09:41

Fransada səlahiyyətli şəxslər yeni növ koronavirus infeksiyasına qarşı mübarizə üçün ölkədə ikinci dəfə karantin tətbiq edilməsini istisna etmirlər.

Gununsesi.info xəbər verir ki, bu barədə “ Le Journal du Dimanche” nəşri Səhiyyə naziri Olivye Verana istinadən xəbər verir. O, belə bir qərarın əhalinin pandemiyadan qorunması üçün veriləcəyini qeyd edib.

“Səhiyyə Nazirliyi vəziyyətin inkişafını hər saat izləyir. Səhiyyə sistemi ağır yük daşımaqda davam edir. Çünki gün ərzində 15 min nəfərin infeksiyaya yoluxması təsdiq edilib. Baxmayaraq ki bu rəqəmin 11 min nəfərə endirilməsi planlaşdırılırdı” – nazir deyib.

Gununsesi.info