Fransadakı etirazlar Belçikaya da sıçradı

Fransada 17 yaşlı Nael M-nin ölümündən sonra Brüsselin mərkəzi rayonlarından biri olan Anneessensda  etiraz aksiyası keçirilib. Baş vermiş aksiyada etirazçılarla polis arasında ciddi qarşıdurmalar yaranıb. 

Gununsesi.info xəbər verir ki, paytaxt Brüsseldə gənc sürücünün ölümü ilə bağlı keçirilən etiraz aksiyasında 29 nəfər saxlanılıb.

Onların əksəriyyəti gənclərdir.

Qeyd edək ki, yerli vaxtla saat 22:00-da Anneessens rayonunda toplaşan bir qrup gənc dayanacaqların şüşələrini sındırıb və bəzi avtomobilləri yandırıblar.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info