
“Bu uşaqların itirəcəyi bir şey yoxdur”
Ötən həftə Fransa şəhərləri böyük etirazlara səhnə oldu. Polis gülləsi ilə öldürülən M. Nahelin ardından Fransa çapında, , özəlliklə, şəhərətrafı (kənar məhəlləli) bölgələrdə üsyanlar başladı. Gedərək şiddəti artan olaylar bu ölkədə ilk dəfə yaşanmır.
Son illərdə Sarı gödəkçəlilər, iş saatları və təqaüd yaşının artırılmasına qarşı nümayişlər başlatmış və şiddətlənmişdi. Ancaq bu şəhərətrafı etirazların başqa tərəfi var.
Gununsesi.info xarici mətbuata istinadən həmin kütləvi etiraz olayları ilə bağlı analiz yazısını sizə təqdim edir.
Fransız mediasına daha çox köçkünlər üzərindən görülən suburban-şəhərətrafı (kənar məhəlləli) üsyanların bir neçə nəsillərə uzanan əlaqəsi var. Fiziki və sosial olaraq mərkəzdən uzaq bu təbəqə özünü xalqdan yadlaşdırmış, “dəyərsiz” hiss edir.
Bu problem 1980-ci illərin ortalarınadək uzanmaqdadır.
2005-ci ildə polisdən qaçan iki gəncin saxlandıqları elektrik transformatorunda ölməsinin ardından kənar məhəlləlilər – şəhər ətrafı üsyanları başlamış, bir neçə həftə davam edən olaylardan sonra ortalıq sakitləşmiş, ancaq kənar məhəlləlilərin yaşdıqları problemlər “daha çox” görülməyə başlamışdı.
Mərkəzi iqtidardan qopuq olan kənar məhəlləlilər metro xətləri ilə mərkəzə bağlanma, dövlət qurumlarının kənar məhəlləlilərlə əlaqə qurma istəkləri olsa da, keçdiyimiz həftə başlayan üsyan göstərir ki, bu mövzu həllinə qovuşdurulacaq şəkildə dərindən təhlil edilmir.
“BBC Türk”ə danışan və 30 ildən çox müddətdir ki, toplu mənzillər üzərində çalışan sahə araşdırması edən Paris 8 Vincennes-Saint-Denis Universitetinin professoru, sosioloq Maykl Kokoreff dərin sosial ədalətsizliyin və bərabərsizlik duyğusunun hiss edildiyi bu məhəllələrdə “Dövlət verdiyi sözü tutmadı” qavramının olduğunu bildirir.
Olayların başlanğıc nöqtəsi 17 yaşlı fransız və Əlcəzair əsilli Nahelin polis tərəfindən öldürülməsinə, “polis şiddəti” və hətta dövlətin irqçiliyinə uzanır.
“Çıxan video ilə növbəti dəvə anlaşılır ki, Nahelin həyatı başqa birinin “ağ, daha qoca, daha yaxşı inteqrasiya olmuş) həyatından daha az dəyərlidir. Səbəb isə yalnız nəqliyyat qaydaları pozuntusudur.
“Elə bu səbəbdən, toplu mənzillərə və onlaırn ötə tərəfinə yayıldı. Bu qəzəbə son illərdə hüquq-mühafizə orqanlarının hədsiz silahlanması və bundan qaynaqlanan yaşanan şikəstliklərin (gözün itirilməsi, əlin qopması) çoxalması ilə birlikdə “polis şiddəti” də əlavə edildi.
Kənar məhəlləli sosial və iqtisadi olaraq nə deməkdir – Anlamı nədir?
1990-cı illərdən sonra şəhər ətrafında çalışan və 2005-ci il olaylarının ardından bölgədə araşdırmalar edən Dr. Mustafa “Poyraz BBC Türk”ə açıqlamasında şəhərin xaricində qalan bölgələrin 1945-ci ildən sonra böyük bir dönüşmə dönəminə girdiyini deyir.
Kənar məhəlləlilərin doğuşu bu şəkildə başlayır:
“Kənar məhəlləliləri anlamaq üçün öncə şəhərləşməyə baxmaq gərəkdir. 1945-ci ildən sonra Fransada iqtisadi və sosial döünüşüm rosesi başlayır. Mənzil sualına cavab vermək üçün dövlət onminlərlə sosial mənzil tikir. Bu mənzillərə 1970-1980-ci illərədək yeniləri artırılır. Hətta bu proses davam edir, deyə bilərik.
Parisdəki evlər çok kiçikdir. Buradakılarsa genişdir. Orta və aşağı sinif gənc, yeni evlənmiş cütlüklər buralara yerləşirlər. Yoxsulların gedərək azaldığı dönəmdə rifah dönəmində olduğumuzu xatırlamalıyıq.
Sosial ve mədəni çatışmazlıq erkən fərq edilir
Sosial mənzillərə yerləşən adamların qısa dönəmdə buraların gündəlik həyat ehtiyaclarını qarşılaya bilmədiklərini fərq etdiklərini bildirən Poyraz belə deyir:
“Məsələn, əyləncə, görüşmə sahələri yoxdur. Sosial aktivlik üçün Parisə getməyə məcburdurlar. Bu Lion, Lill, Marsel şəhərləri üçün də keçərlidir. 1980-ci illər dönəmində mədəni və günlük həyatın zənginləşməsi, yaşam keyfiyyəti baxımından, bu sosial mənzillərin əksikliyi fərq edilir. Bu ehtiyaclarını qarşılaya biləcəkləri başqa yerlərə yerləşirlər. Kredit imkanları inkişaf etdiyi üçün o zaman Frransada ev alma fürsətləri də olur. Bu dönəmlərə qədər Fransada kənar məhəlləli köçkün sıxlığı yox idi”.
Poyraz bildirir ki, Fransada köçkünlər üçün ailə birləşdirmə haqqında çıxan qanunla kənar məhəllələrə öncə Əlcəzair, Mərakeş və Tunisdən olanlar, sonra isə Afrikanın digə rölkələrindən mühacir köçkünlər gəlilər.
Çünki sosial mənzillər daha ucuzdur. Üstəlik, yoxsul fransızlar burada yaşamağa davam edilər.
Üsyan haqsızlıq, bərabərsizlik və fərdi tanınmamağa qarşıdır
Dr. Poyraz 2005-ci ildə yaşananlardan sonra bölgədə etiraz olaylarına qatılan aktyorlarla görüşdüyünü, dərnəklərlə birbəbir sahə çalışması etdiyini anladır.
“Bu, yalnız köçkünlükdən gələn bir durum deyil. Eyni zamanda, haqsızlığa, bərabərsizliyə bə fərdi tanınmamağa qarşı bir etirazdır”, deyir.
Politik zəmində təmsil edilmirlər
1980-ci illərin başlanğıcında sosialistlərin iqtidara gəlməsi ilə kənar məhəllələrin bir az siyasiləşdiyini və ümidləndiyini anladır.
Ancaq umduqlarını tapa bilmirlər. Bu illərə qədər aşağı təbəqəni, işçi sinfini, yoxsulları və hətta köçkünləri də əhatələyən siyasi solun zamanla daha çox orta və üst kəsimdən gələn adamlar tərəfindən təmsil edildiyini bildirən Poyraz belə deyir:
“1990-cı illərə doğru kənar məhəlləlilər siyasi səhnədən qopurlar. Dərdlərini anladacaq bir yer qalmır. Təmsil edildikləri bir mexanizm, bir vasitəçi yoxdur”.
“Bu uşaqların itirəcəyi bir şey yoxdur”
Bu bölgədə gənc və uşaqların xalq içindəki faizi digər məhəllələrə görə daha yüksəkdir.
Gənclər arasında işsizlik faizləri şəhər mərkəzlərindən daha çoxdur.
“Bir şəkildə pul tapmaları gərəkdir.Belə olduqda isə, hər şeyin alınıb-satıldığı bölgələrə dönüşür kənar məhəllələr: Keçmişdə narkotik yoxdu, indi narkotik var”.
Xalqdan qopma, işsizlik və özlərini təmsil edəcək bir yerin olmaması gənclərin etirazına yol açır.
“Bu gənclərin itirəcəkləri bir şey qalmadı…”
Tərcümə: Arzu