Fransadan DAHA BİR ETİRAF: Bu amil Qarabağda güc balansını dəyişdirdi

  • By admin
  • 10 İyul 2021 10:18

Fransadan Türkiyənin siyasi və hərbi gücü ilə bağlı daha bir etiraf edilib.

Gununsesi.info “TRT Haber”ə istinadla xəbər verir ki, bu dəfə belə bir etirafı Fransanın ən böyük silah istehsalçısı “Dassault” şirkətinə aid olan “Le Fiagro” qəzeti edib.

Qəzetdə “Türkiyənin xarici siyasətinin xidmətində bir texnologiya” başlığı ilə dərc edilən məqalədə bildirilir ki, Türkiyə sədəcə 15 ildə Amerika, Çin və İsrail modelləri ilə rəqabət apararaq, dünyanın silahlı insansız uçuş aparatlarının (SİHA) əsas istehsalçıları arasında yerini alıb.

Qəzet yazır:

“2020-ci ilin ilk yazında Xəlifə Haftar tərəfdarı olan qüvvələrlə Liviya hökuməti arasında baş verən qarşıdurmada STM şirkəti tərəfindən istehsal edilən 2 ədəd “Kargu-2″ intihar SİHA-ları önəmli rol oynadı.

Bu, müzakirə edilməyəcək bir fenomendir. SİHA-ların Türkiyə müdafiə sənayesi bazarında yüksəlişi və döyüş meydanında istifadəsi geniş yayılıb.

Türkiyə SİHA-larından 2016-cı ildən etibarən sərhəddən kənarda aparılan əməliyyatlarda istifadə edilir. Bu SİHA-lar yalnız Liviyada deyil, Qarabağda da güc balansını dəyişdirdi.

Türkiyənin istehsal etdiyi SİHA-lar getdikcə daha çox satılır. Azərbaycan, Qatar, Ukrayna, Tunis və NATO ölkəsi olan Polşa bu texnologiyanın əsas alıcılarıdır.

Hazırda Litva, Macarıstan və Albaniya da daxil olmaqla, bir çox ölkələr Türkiyə SİHA-larına maraq göstərirlər”.

Gununsesi.info