Fransadan dünyada bir ilk: Qadınlara verilən bu hüquq konstitusiyaya daxil edildi

  • By admin
  • 05 Mart 2024 09:19

Fransada abort hüququnun Fransa Konstitusiyasına daxil edilməsi ilə bağlı tək maddədən ibarət qanun layihəsi bütün parlament üzvlərinin bir araya gəldiyi Konqresdə qəbul edilib.

Gununsesi.info xəbər verir ki, qanun layihəsi Konqres tərəfindən 72 əleyhinəolmaqla  780 səslə təsdiqlənib.

Beləliklə, Fransa abort hüququnu konstitusiya ilə təmin edən ilk ölkə olub.

Qanun qəbul edildikdən sonra paytaxtın simvollarından biri olan Eyfel qülləsinin üzərinə “Mənim bədənim, mənim seçimim” mətni proyeksiya edilib.

Fransa prezidenti Emmanuel Makron X sosial media platforması hesabı vasitəsilə abortun konstitusiyaya daxil edilməsinin Fransa üçün qürur və dünyaya mesaj olduğunu bildirib.

“Konstitusiya ilə zəmanət verilən yeni azadlığın daxil olmasını birlikdə qeyd edək. 8 Mart – Beynəlxalq Qadınların Hüquqları Günündə görüşənədək”, – deyə o qeyd edib.

Fransanın baş naziri Qabriel Attal, “Bütün qadınlara mesaj göndəririk: Bədəniniz sizə aiddir və sizin adınıza heç kim qərar verə bilməz” deyib.

Fransada qadınlar qanuni olaraq hamiləliyin 14-cü həftəsinə qədər abort edə bilərlər.

 

Gununsesi.info