Fransadan Ermənistana zərbə: - QARABAĞ/VIDEO

  • By admin
  • 05 İyun 2019 17:18
Fransa Ermənistana zərbə vurdu

Fransa inzibati məhkəməsinin bu ölkənin Arnuvil şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan qeyri-qanuni “saziş”in ləğvinə dair qərarı Dağlıq Qarabağla bağlı ədalətli presedent yaratdı.

Bu fikirlər politoloq Elxan Şahinoğluna məxsusdur.

Eyni zamanda, Fransa məhkəməsinin bu qərarı ona dəlalət edir ki, Ermənistanın bu günədək yalanlar üzərində həyata keçirdiyi siyasət etirazla qarşılanır və artıq onun əsl siması dünyaya bəllidir.

ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın həqiqəti görməsi və proseslərin gedişində ikili standartlardan kənar addımlar atması beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunun qəbul edilməsini tam şəkildə özündə əks etdirir. Digər tərəfdən Fransa kimi erməni lobbisinin və ermənipərəst mərkəzlərin güclü olduğu bir ölkədə Azərbaycan xeyrinə qərar vermək , əlbəttə ki Azərbaycanın uğuru hesab edilə bilər.

Xatırladaq ki, bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır.