
Fransa idmançılarına 2024-cü ildə keçiriləcək Paris Olimpiya Oyunlarında hicab geyinmək qadağan edilib.
Gununsesi.info xəbər verir ki, Fransanın idman naziri Amelie Oudea-Kastera qonaq olduğu “France 3” kanalına qadağa qoyulduğunu açıqlayıb.
Oudea-Kastera 26 iyul – 11 avqust 2024-cü il tarixləri arasında paytaxt Parisdə keçiriləcək Olimpiya Oyunlarına qatılan Fransa komandalarının idmançılarının hicab geyinə bilməyəcəklərini bildirib.
Fransalı nazir idmanda sərt “dünyəvilik rejimi”nin tətbiqinin tərəfdarı olduqlarını bildirib.
Fransa Futbol Federasiyası (FFF) 2016-cı ildən hicaba icazə vermədiyi üçün “Les Hijabeuses” (Hicablılar) kimi tanınan futbolçular cəmiyyəti bu qadağanı ləğv etmək üçün Dövlət Şurasına müraciət edib.
FFF-nin daxili reqlamentinin birinci maddəsi futbolçulara matçlar zamanı dini mənsubiyyətini göstərən geyim və ya simvol geyinməyi qadağan edir.
İyunun 29-da Danıştay qadın futbolçuların FFF matçlarında hicab geyinməsinə qadağa qoyub.
Səid Əhmədli
Gununsesi.info