
Azərbaycan və Ermənistan Prezidentlərinin növbəti görüşü Fransada baş tuta bilər.
Gununsesi.info axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Jamanak” qəzetinə Fransa Strateji Araşdırmalar mərkəzinin eksperti, politoloq Kayts Minasyan deyib.
“Müəyyən məsələlər var ki, bu sualı aydınlaşdırmaq lazımdır. Bu görüşə kim rəhbərlik edəcək; Fransanın Xarici İşlər naziri və yaxud Avropa məsələləri üzrə Dövlət katibi, yaxud Prezident Fransua Olland? Hələlik o da bəlli deyil ki, görüşdə həmsədr ölkələrin XİN rəhbərləri iştirak edəcəkmi. May ayında Vyanada baş tutan görüşü davam etdirməliyik. Bu vacibdir”, – Minasyan bildirib.
Qeyd edək ki, prezidentlərin sonuncu görüşü mayın 16-da Vyanada baş tutub. Növbəti görüşün iyunda olması gözlənilir.
Gununsesi.info