Fransanın “Nitsa” klubunun futbolçusu Aleksis Beka-Beka intihara cəhd edib.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, təhlükəsizlik əməkdaşları 22 yaşlı yarımmüdafiəçini xilas ediblər.
Qeyd edək ki, fransalı oyunçu səhər saatlarında Nitsa şəhərindəki Manyan körpüsünə çıxıb və özünü atacağını söyləyib. O, ötən il Rusiyanın “Lokomotiv” klubundan Liqa 1 təmsilçisinə keçib.
Gununsesi.info