Fransalı həmsədr: “Qarabağ münaqişəsinin qərəzsiz həlli üçün səyləri davam etdirəcəyik”

  • By admin
  • 12 Dekabr 2016 20:59

moskva-atet

Minsk qrupunun fransalı həmsədri səfir Stefan Viskonti dekabrın 11-12-də Azərbaycanda səfərdə olub.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin yaydığı kommunikedə deyilir.

Bildirilir ki, bu, Stefan Viskontinin Hamburq şəhərində ATƏT-in Nazirlər Şurasında hər iki həmsədr həmkarları ilə birlikdə iştirakından bir neçə gün sonra və vəzifəsinin icrasına başladıqdan sonra regiona ilk  səfəridir. Məlumata əsasən həmsədr  Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.

O, xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb.

“Bakıya bugünkü səfəri zamanı səfir Viskonti Dağlıq Qarabağ münaqişəsinin qərəzsiz və ədalətli həllinin asanlaşdırılması  üçün ABŞ və Rusiya Federasiyası ilə birlikdə Fransanın öz səylərini davam etdirəcəyi barədə qətiyyətli öhdəliyini bir daha bildirib” – deyə, kommunikedə qeyd edilir.

Gununsesi.info