
Bu gün Vyanada ATƏT Daimi Şurasında yeni fransalı həmsədr Stefan Viskontinin təqdimatı keçirilib.
Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, görüşdə amerikalı həmsədr Ceyms Uorlik, rusiyalı həmsədr İqor Popov və Fransanın keçmiş və yeni həmsədrləri Pyer Andryu və Stefan Viskonti iştirak ediblər. Görüşdə həmçinin Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılıb.
Fransanın ATƏT yanındakı daimi nümayəndəsi Roger Lacan öz “twitter” səhifəsində müzakirələr zamanı həmsədrlərin Azərbaycan və Ermənistanı dialoqa çağırdığını, dəyişkən mövqeyə görə təəssüf hissi keçirdiklərini yazıb.
Gununsesi.info