Fransalı idmançı hicaba görə Olimpiadanın açılış mərasiminə buraxılmayıb

  • By ilhame
  • 25 İyul 2024 22:21

Fransalı qaçışçı Sounkamba Silla hicab geyindiyi üçün Paris Olimpiadasının açılış mərasiminə buraxılmadığını deyib.

 

Gununsesi.info RİA Novosti-yə istinadən xəbər verir ki, tədbir cümə günü, iyulun 26-da baş tutacaq.

 

Fransada qadın idmançıların yarışlar zamanı hicab geyinməsi qanunla qadağan edilib. Bununla belə, iyun ayında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbərliyi 2024-cü ildə Parisdə keçiriləcək Olimpiada zamanı idmançıların Olimpiya kəndində və yarışların keçirildiyi yerlərdə hicab taxa biləcəklərini bildirib.

 

Qeyd edək ki, 2024-cü il Olimpiadasında Silla 4×400 m məsafədə qadın və qarışıq estafet yarışlarında iştirak edəcək.

Gununsesi.info