Fransalı jurnalist Azərbaycandan yazdı

  • By admin
  • 09 Avqust 2021 20:09

Azərbaycanda səfərdə olmuş fransız tarixçi və jurnalist Alən Rumestanın Fransanın “Causeur” portalında “Qarabağa qayıdış: Azərbaycan geniş yenidənqurma planının icrasına başlayır” sərlövhəli məqaləsi dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən metbuata verilən məlumata görə, xarici səyyahların Azərbaycana gəldikdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “Qarabağ, Azərbaycandır!” şüarı yazılmış nəhəng rəqəmsal lövhə ilə qarşılandıqlarına diqqəti çəkən müəllif ötən ilin sentyabr-noyabr aylarında Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ona məxsus olan və uzun illər işğal altında saxlanılmış torpaqlarını azad etdiyini xatırladıb.

Müəllif öz məqaləsində Bakı şəhərində məscidlərin, sinaqoqların, pravoslav və erməni kilsələrinin ahəngdar şəkildə fəaliyyət göstərdiyini vurğulayır, işğaldan azad edilmiş torpaqlarda böyük dağıntılar olduğu, minalardan təmizlənmə işlərinin aparılması, Ermənistanın bütün mina xəritələrini verməkdən hələ də imtina etməsi nəticəsində mülki insanların, o cümlədən jurnalistlərin həlak olmasını qeyd edir.

Gununsesi.oinfo