Fransalı senator: “Fransa Senatının qətnaməsinin heç bir qüvvəsi yoxdur” – FOTO

  • By admin
  • 19 Yanvar 2024 08:48

Fransalı sentaor Natali Qulenin bildirib Senatın Azərbaycan əleyhinə qəbul etdiyi qətnamənin heç bir təsiri yoxdur.

Gununsesi.info xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsində yazıb.

Bu barədə danışan Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, senatar onun paylaşımına dəstək olaraq qeyd edib: “Narahat olmayın, bu qətnamənin xeyri yoxdur və Fransa hökumətinə heç bir təsiri yoxdur…”

“Qeyd edək ki, bu gün “X” sosial şəbəkəsindəki hesabımda vurğulamışdım ki, Qafqazda davamlı sülhə nail olmaq ikili standartlara əsaslanan qərəzli sanksiyalara çağırışlar deyil, əməkdaşlıq təklifləri sayəsində mümkündür. Fransa Senatının son qətnaməsi yalnız sülh danışıqlarına kölgə salır. Regionda mövcud status-kvo isə heç vaxt dəyişməyəcək”, – deyə deputat bildirib.

Gununsesi.info