Paris Nəqliyyat İdarəsinin həmkarlar ittifaqının fəalları prezident Makronun pensiya islahatlarına etiraz olaraq 16 metro xəttindən 14-nün işini dayandırıb.
Gununsesi.org-un Trend-ə istinadən məlumatına görə, hal hazırda yalnız iki tam avtomatlaşdırılmış xətt fəaliyyət göstərir. Beləliklə, Paris metrosu Milad bayramları ərəfəsində, əhalinin kütləvi şəkildə səyahət etdiyi gün demək olar ki, tamamilə iflic vəziyyətindədir.
Paytaxtda tramvayların hərəkəti ilə bağlı vəziyyət qaydaya düşsədə, onlar əsasən şəhərin kənarlarındakı xətlərdə işləyir. Parisin İl-de-Frans bölgəsindəki tıxaclar 130 km çatıb.
Ölkənin böyük şəhərləri arasında yüksək sürətli TGV qatarlarının yarısı, digər ekspress qatarların isə 20-30 fayızı fəaliyyət göstərir. Milli Dəmir Yollar İdarəsi dekabrın 23-də bu xətlərdə daha az qatarın işlyəcəyini xəbər verib.