Fransanı sel aparır -SENA ÇAYI DAŞIB

  • By admin
  • 04 İyun 2016 18:04

paris

Fransanın mərkəzi hissəsində daşqın nəticəsində 4 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bunu ölkənin Baş naziri Manuel Vals bildirib. Bundan əvvəl 3 nəfərin həlak olduğu bildirilirdi.

HTML tutorial

M.Vals qeyd edib ki, Parisdə Sena çayında suyun səviyyəsi şənbə gününə keçən gecə pik həddə – 6,1 metrə çatıb. Bu, son 34 ildə rekord göstəricidir. Daşqın qurbanlarının sayının artacağı istisna edilmir. Bir neçə min nəfər evlərindən təxliyə olunub, 10 minlərlə insan işıqsız qalıb.